Vens: “Tramp 47 illik böhrana son qoymaq niyyətindədir”

Dünya

15.06.2026 - 23:58

“Lakin bunun üçün İran tərəfi müqavilənin öz üzərinə düşən hissəsini yerinə yetirməlidir"

“ABŞ Prezidenti Donald Tramp ABŞ-İran münasibətlərində 47 illik böhranın nəticələrini aradan qaldırmağa çalışır. Lakin bu prosesin uğuru Tehranın öz öhdəliklərini yerinə yetirmək istəyindən asılıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti Cey.Di.Vens CBS-ə bildirib.

"Düşünürəm ki, Prezident ABŞ və İran arasında 47 illik uğursuz münasibətlərin öhdəsindən gəlməyə çalışır. Lakin bunun üçün İran tərəfi müqavilənin öz üzərinə düşən hissəsini yerinə yetirməlidir", - Vens vurğulayıb.

O qeyd edib ki, əldə edilən razılaşma İranın beynəlxalq ictimaiyyətlə tam iqtisadi qarşılıqlı əlaqəyə qayıtması üçün qapı açır: "Razılaşma faktiki olaraq İrana əl uzadır və deyir: əgər öhdəliklərinizi yerinə yetirməyə və nüvə proqramınızın real yoxlanılmasına icazə verməyə hazırsınızsa, onda biz sizi qlobal iqtisadiyyata yenidən qəbul etməyə hazırıq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş