Roma imperatorunun Azərbaycandakı evi – FOTOLENT

Mədəniyyət

22.09.2024 - 19:14

Həkimlər Klinikalar SEO Xidməti

Tikili üç tərəfdən eyvanla əhatələnib, içərisində üç zal var

Qax Azərbaycanın tarixi abidələrlə zəngin rayonlarından biridir. Rayon ərazisində tarixi uzaq minilliklərə gedib çıxan onlarla qiymətli abidə var. Rayonun Qum kəndi ərazisində yerləşən qədim bazilika da belə abidələrdəndir.

Qum kəndi rayon mərkəzindən 6 km aralıda, Böyük Qafqaz silsiləsinin ətəyində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. Kəndin mərkəzində V əsrə aid Qum bazilikasının dağılmış qalıqları var. Bir çox xüsusiyyətlərinə görə tam fərqli olan bu abidənin iri daş sütunları və tağları çox incəliklə işlənib.

Bu günbəzli alban məbədi qədim Bizans memarlığındakı bazilika (latın dilində “Hökmdarın evi” mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır. Bu abidə Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Onun fələstinli xristian missioner Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir.

Qum bazilikası 36 metr uzunluğunda, 19 metr enindədir. Məbəd 3 tərəfdən eyvanla əhatələnib, içərisində 3 zal var. Eyn zamanda 3 qapısı olub. Qapı üstləri yarımqövs şəkilli tağlarla bəzədilib. Qapılar eyvanlara açılır.

Məbədin tikintisində, əsasən yonulmuş çay daşlarından istifadə olunub. Daxildəki konstruksiya işləri isə bişmiş kərpiclə tamamlanıb, damı kirəmitlə örtülüb. Tədqiqatçılar memarlıq xüsusiyyətlərinə görə Qum məbədinin təxminən VI əsrdə inşa olunması haqqında ümumi rəyə gəliblər.

Qum bazilikası ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunub və abidədə bərpa işləri aparılıb. Məbədin bugünkü vəziyyəti isə heç də ürəkaçan deyil.

Roma imperatorunun Azərbaycandakı evi – Roma imperatorunun Azərbaycandakı evi – Roma imperatorunun Azərbaycandakı evi – Roma imperatorunun Azərbaycandakı evi – Roma imperatorunun Azərbaycandakı evi – Roma imperatorunun Azərbaycandakı evi – Roma imperatorunun Azərbaycandakı evi – Roma imperatorunun Azərbaycandakı evi – Roma imperatorunun Azərbaycandakı evi – Roma imperatorunun Azərbaycandakı evi – Roma imperatorunun Azərbaycandakı evi –
Müəllif: İlham Mustafa