Geri qayıdan vətəndaşlarla bağlı Reinteqrasiya üzrə İşçi Qrup fəaliyyət göstərir
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 2025-ci il iyulun 8-də Almaniya Federativ Respublikasından 28 Azərbaycan vətəndaşı geri qaytarılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, geri qayıdan vətəndaşların üzləşdiyi problemlərin həlli, onların cəmiyyətə səmərəli və davamlı sosial-iqtisadi reinteqrasiyasına kömək etmək məqsədilə Reinteqrasiya üzrə İşçi Qrup fəaliyyət göstərir.
Onun tərkibinə müvafiq dövlət qurumlarının nümayəndələri daxildir və işi Dövlət Miqrasiya Xidməti əlaqələndirirlər.