“Rusiya hökuməti bütün ölkənin varlığını şübhə altına almaq üçün hərbi gücdən istifadə edən cinayətkar rejimdir”
Almaniya kansleri Fridrix Merz Ukraynada münaqişənin həlli üçün diplomatik vasitələrin tükəndiyini bildirib. AYNA.AZ-ın xəbərinə görə, Bundestaqda çıxış edən Merz Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
Kansler həmçinin Rusiyanı Ukraynaya növbəti genişmiqyaslı hücuma görə kəskin tənqid edib.
“Rusiya hökuməti bütün ölkənin varlığını şübhə altına almaq üçün hərbi gücdən istifadə edən cinayətkar rejimdir. Rusiyanın məqsədi Ukraynanı məhv etməkdir. Almaniya hökuməti bunun qarşısını almaq üçün əlindən gələni edəcək”, - Merz vurğulayıb.
Almaniya kansleri Almaniyanın beynəlxalq arenada rolunun gücləndirilməsinin vacibliyini də diqqətə çatdırıb: "Almaniya Avropanın gözlədiyi liderlik məsuliyyətini öz üzərinə götürür. Bu kontekstdə Berlinin tərəfdaşlara ehtiyacı var və bu baxımdan Avropa qonşuları ilə yaxşı münasibətlərin inkişafı vacibdir".