“Hacıoğlu”da istehlaka yararsız məhsullar aşkarlanıb

Xəbərlər

09.07.2025 - 15:47

cedabet dərman SEO Xidməti

Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonunun Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kiloqram müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin satışda olan yağ məhsullarının saxlanma temperaturuna əməl olunmadığı aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş