Qarabağ əlilini maşın vurdu, həyatını itirdi

Hadisə

31.07.2019 - 06:10

Məmmədov Azər Vaqif oğlunu maşın vurub

 

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. AYNA APA-ya istinadən xəbər verir ki, Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado" markalı minik avtomobili ilə sürət həddi saatda 90 km olan zaman onun qabağına qəfil piyada çıxıb. 

 

Nəticədə M.Bəşirov piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub.

Müəllif: Ayna.az