Amerika rəsmiləri digər Qərb ölkələrinin də hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürə bilib-bilməyəcəklərini araşdırırlar
ABŞ Prezidenti Donald Tramp Kiyevə daha bir “Patriot” hava hücumundan müdafiə sistemi verməyi düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Nəşr qeyd edib ki, bu, Ukraynaya ilk iri silah tədarükü ola bilər ki, bu barədə qərarı onun sələfi Co Bayden deyil, hazırkı liderin administrasiyası verib.
Qəzetin yazdığına görə, Ağ Ev Pentaqondan Ukraynaya əlavə hərbi yardım göndərilməsinin mümkünlüyü barədə məlumat istəyib. Bundan əlavə, Amerika rəsmiləri digər Qərb ölkələrinin də hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürə bilib-bilməyəcəklərini araşdırırlar.
“The Wall Street Journal”ın yazdığına görə, Ukrayna ABŞ-dan üç, Almaniyadan üç, Avropanın bir neçə ölkəsindən isə bir “Patriot” sistemi alıb.