Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyun ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
Qeyd olunub ki, iyun ayında keçirilmiş imtahanlarda 51 min 514 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 978 min 95 olub. İyun ayı ərzində 3740 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 444 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 14 min 910, elektron poçt vasitəsilə 2700-dən artıq, sosial şəbəkələr vasitəsilə 3000-dən artıq müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 6727 olub. Abituriyent məsləhət mərkəzlərinə 1150 müraciət daxil olub.