Ermənistan silahlı qüvvələri Göygöldə mülki traktoru atəşə tutdu

Hadisə

17.07.2019 - 21:28

Həkimlər Klinikalar SEO Xidməti

"Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur. Bu məlumat yalandır və dezinformasiya xarakteri daşıyır".

 

AYNA xəbər verir ki, bunu trend.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

 

Nazirliyin məlumatında bildirilir: "Eyni zamanda, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub". 

Müəllif: Ayna.az