Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ

Siyasət

09.07.2025 - 10:15

cedabet dərman SEO Xidməti

Mərkəz rəhbəri: “Ermənistanda xaotik proseslər getdikcə geniş vüsət alacaq və hakimiyyət uğrunda mübarizə gələn ilin əvvəlində daha da güclənəcək"

Ermənistanda daxili siyasi böhran dərinləşməkdə davam edir. Belə ki, Baş nazir Nikol Paşinyanın rəqiblərinə qarşı sərt addımları xaotik vəziyyəti daha da dərinləşdirməkdədir. Ermənistan hakimiyyəti həm revanşist qüvvələrdən ibarət müxalifətlə, həm də Erməni Apostol Kilsəsi ilə mübarizədə bütün vasitələrdən istifadə etməkdədir. Paşinyan erməni dini mərkəzi olan Eçmiədzin kilsəsinin onun hakimiyyətinə qarşı çevriliş planları ifşa olunandan sonra dini kəsimlə mübarizəyə başlayıb. Əvvəlcə “Müqəddəs mübarizə” adlı hərəkatı ilə birlikdə çevriliş etmək istəyən “Vətən uğrunda Tavuş” hərəkatının rəhbəri, Tavuşun arxiyepiskopu Baqrat Qalstanyan həbs olundu. Daha sonra isə Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyan həbs edildi. Sonuncunun həbsi Eçmiədzində hüquq-mühafizə orqanlarının əməliyyatı ilə həyata keçirildi. Bundan sonra kilsə Paşinyana qarşı xalqı birliyə səslədyib, amma kütləvi etirazlar müşahidə edilmir. Paşinyan Erməni Apostol Kilsəsinin başında dayananları dövlət çevrilişinə cəhddə ittiham edir və davamlı olaraq katalikos Qaregini istefaya səsləyir. Bu isə kilsə ilə hakimiyyət arasında mübarizəni daha da dərinləşdirir.  

Ermənistanda eyni zamanda, revanşist olan keçmiş hakim qüvvələrlə Paşinyan hakimiyyəti arasında mübarizə kəskinləşməkdədir. Ötən gün Ermənistan Parlamenti "Hayastan" fraksiyasının deputatı Artur Sarkisyanın toxunulmazlığından məhrum edilməsi məsələsini müzakirə edilib. İclasda Sarkisyan çıxışından sonra heç bir suala cavab verməyib, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının hər şeyi həll etdiyini və onu deputat toxunulmazlığından məhrum edəcəyini bildirib. Bundan sonra parlamentdə vəziyyət gərginləşib, deputatlar arasında əlbəyaxa dava olub.

Parlamentdə müxalif qüvvələrlə hakim qüvvələr arasında bu cür amansız mübarizə xeyli müddətdir ki, davam edir. Ermənistandakı siyasi gərginliyi dəyərləndirən ekspertlər bildirirlər ki, bütün məsələ gələn il keçiriləcək parlament seçkiləridir. Faktiki olaraq gələn il keçiriləcək seçki mübarizəsi bir il əvvəldən başlayıb. Analitiklərin qənaətincə, Paşinyan rəqiblərini sıradan çıxarmaq və gələn il keçiriləcək seçkilərdə hakimiyyətdə qalmasını təmin etmək üçün addımlara başlayıb. Bu istiqamətdə erməni hakimiyyəti bütün mümkün addımları atır. Eyni zamanda, müxalif qüvvələr də gələn il keçiriləcək seçkilərdə mübarizəyə indidən başlayıb və Paşinyanın seçkilərdən əvvəl hakimiyyətdən qovmaq üçün müxtəlif vasitələrə əl atır. Bu vasitələrə dövlət çevrilişinə cəhd də daxildir.

Ermənistanda siyasi qarşıdurmanı AYNA.AZ-a müsahibəsində şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov təsdiqləyib ki, bu gün Ermənistanda hakimiyyət uğrunda amansız mübarizə gedir:

- Bu hadisələri 2018-ci ildə Paşinyan hakimiyyətə gəldiyi zaman baş verənlərlə müqayisə etmək olar. O zaman Paşinyan hakimiyyət uğrunda mübarizə aparan müxalifətin yerində idi. O zaman hansı amansız mübarizə gedirdisə, indi də eyni proseslər gedir. Paşinyan çox gözəl anlayır ki, gələn il keçiriləcək parlament seçkilərinədək hakimiyyətini bərkitməlidir ki, seçkilərdə qalib gələ bilsin. Təbii ki, bu, asan deyil. Hadisələr də onu göstərir ki, Paşinyanın hakimiyyətini saxlaması üçün çox güclü addımlar atmalıdır. Erməni müxalifəti də anlayır ki, gələn il keçiriləcək seçkilərədək olan dövr çox kritikdir və bundan maksimum yararlanmaq lazımdır. Yəni müxalifət üçün də hakimiyyətə gəlmək baxımından, son şansdır.

Bu gün Ermənistanda adını nə qoyursan-qoy - istər “Müqəddəs mübarizə” qoy, istər başqa bir ad, müxalifətin hakimiyyət uğrunda mübarizəsidir.  Ermənistanda baş verən proseslər, müxalifətin mübarizəsi pərdə önündə olandır. Pərdə arxasında hansı mübarizənin getdiyini təbii ki, göstərmirlər. Əsas səbəb də odur ki, Paşinyan addımlarını konfidensial şəkildə atır. Hansısa məqamda addım atır, hansısa keçmiş məmuru cəzalandırır, keşişi həbsə atdırır. Anlamaq lazımdır ki, kilsəyə hücumun təşkili heç də sadə məsələ deyildi, amma Paşinyan bu addımı da atdı. Bu, sıradan addım deyildi və Paşinyan böyük bir mübarizədə qalib kimi görünür. Hesab edirəm ki, Ermənistanda xaotik proseslər getdikcə daha geniş vüsət alacaq və hakimiyyət uğrunda mübarizənin gələn ilin əvvəlində daha da gücləndiyinin şahidi olacağıq.

- Paşinyanın hakimiyyətdə qalmaq, yoxsa müxalifətin hakimiyyətə gəlmək şansı daha çoxdur?

- Bunu dəqiq proqnozlaşdırmaq çətindir. Bu gün meydanda olan erməni müxalifətinin tərkibinə baxmaq lazımdır. Etirazçıların içərisində keçmiş hakim qüvvələr də var, revanşistlər də var, kilsə də var, erməni diasporu da var. Eyni zamanda, erməni müxalifətinin arxasında Rusiya dövlərinin olduğunu və Moskvanın dəstəyini unutmamaq lazımdır. Düzdür, sosioloji sorğular onu göstərir ki, Ermənistanda Paşinyanın reytinqi hələ də yüksəkdir. Bunun da səbəbi odur ki, erməni cəmiyyəti revanşistlərə inanmırlar. Revanşist qüvvələr 35 ilədək Azərbaycan ərazilərini işğalda saxladılar, “Böyük Ermənistan” kimi axmaq ideya ilə ermənilərin beyinlərini yudular və sonda da ədalət zəfər çaldı, Azərbaycan ərazilərini işğaldan azad etdi. Erməni cəmiyyətinin mütləq əksəriyyəti anladı ki, onları aldadıblar, axmaq ideya ilə beyinlərini korlayıblar. Onu da başa düşdülər ki, indi yenidən hakimiyyətə gəlmək istəyən revanşist qüvvələr onları yenidən uçuruma aparmaq niyyətindədirlər. İndiki erməni müxalifəti erməni xalqının maraqlarını deyil, öz maraqlarını güdürlər. Bunu isə ermənilərin böyük əksəriyyəti artıq başa düşür və Paşinyanı seçirlər. Amma bu o demək deyil ki, Paşinyan gələn il keçiriləcək seçkilərdə tam qələbəni təmin edib. Yox, elə deyil. Bayaq dediyim qüvvələrin, yəni revanşistlərin, kilsənin, diasporun Paşinyanın üzərinə birgə hücumunu görməmişik.  Amma bu hücumların şahidi olacağıq. Çünki müxaliflər də düşünürlər ki, birgə təzyiq olmasa, əldə edəcəklərini nəsə olmayacaq. Müxalifət onu da anlayır ki, Paşinyan hakimiyyətini qoruyub saxlasa, ümumiyyətlə, onların hamısını siyasi səhnədən birdəfəlik siləcək. Ona görə də Ermənistandakı siyasi mübarizəni ölüm-dirim savaşı adlandırmaq olar.

- Deyirsiniz ki, qarşıda ciddi siyasi qarşıdurmalar gözlənilir. Belə bir situasiyada Paşinyanın kilsənin üzərinə getməsi, kilsəni öz tərəfinə çəkmək əvəzinə onunla açıq savaşa getməsinin səbəbi nədir?

- Fikir verirsiniz ki, Paşinyan yeni keçiş seçkiləri çağırışı edir. Hazırkı erməni hakimiyyəti başa düşür ki, cəmiyyətdə kilsənin böyük nüfuzu var. Ona görə də Paşinyan çalışır ki, kilsənin başına onu dəstəkləyəcək dindarlar gəlsinlər. Məlumdur ki, hazırkı katalikos Qareginlə Paşinyan arasında açıq savaş gedir. Bunun da səbəbi Eçmiədzin kilsəsinin siyasi proseslərə qarışması, proseslərə yön verməsidir. Faktiki olaraq kilsə Ermənistanda hakimiyyət çevrilişi hazırlayıb və bu proses davam etməkdədir. Arxiyepiskopların həbsi sıradan hal deyil. Paşinyan hakimiyyətində ciddi, səhin kəşfiyyat məlumatları var. Məsələ burasındadır ki, kilsənin də proseslərə belə qarışması Rusiyanın sifarişi ilədir. Paşinyan istərdi ki, kilsəni öz tərəfinə çəksin və onun gücündən hakimiyyətini qorumaq üçün istifadə etsin. Amma görünür kilsənin dövlət çevrilişi planlarının ciddiyyəti Paşinyanda belə fikir yaradıb ki, kilsə ilə danışıqlara getməyin mənası yoxdur, ancaq kilsənin hazırda başında dayanmanları sıradan çıxarmaq lazımdır. Bundan sonra Paşinyan açıq savaşa başladı.

Kilsə də, revanşist qüvvələr də çox yaxşı anlayırlar ki, Paşinyan hakimiyyətdə qalsa, onların hamısını həbs etdirəcək. Onlar isə birləşərək mübarizə aparmaq, Paşinyana məğlub olarlarsa, ondan sonra həbsə getməyi üstün tutacaqlar. Bütün bunları nəzərə alaraq yenə deyirəm, erməni müxalifətinin birləşərək Paşinyanın üzərinə gedəcəyinin şahidi olacağıq.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş