Hüquq-mühafizə orqanları İstanbul bələdiyyəsində korrupsiya faktı ilə bağlı əməliyyat aparıb
Türkiyə hüquq-mühafizə orqanları İstanbul bələdiyyəsində korrupsiya faktı ilə bağlı əməliyyat aparıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, aparılan araşdırmalar çərçivəsində 10 nəfər saxlanılıb.
Qeyd edək ki, həbs edilən İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) başqanı Əkrəm İmamoğlu korrupsiya ittihamı ilə martın 23-dən İstanbulun Silivri səmtindəki həbsxanada saxlanılır və prokurorun onun ikinci terror işi üzrə həbsi ilə bağlı vəsatəti rədd edilib.
Fəaliyyəti dayandırılmış bələdiyyə sədri İmamoğlunun vəkilləri aprelin 7-də onun həbsindən apellyasiya şikayəti veriblər. Ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan İmamoğlu 2019-cu ildən İBB başqanıdır və 2024-cü ildə hakim partiyasının namizədindən 12 faizdən çox səs toplayaraq bu vəzifəyə yenidən seçilib.