“Əvvəlki situasiyalardan fərqli olaraq, bu gün heç kim belə görüş üçün heç bir maneə görmür”
Prezidentlər Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski arasında mümkün görüş ola bilər, çünki buna heç bir “maneə” yoxdur. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Nazir deyib ki, Zelenski ilə Putinin görüşünün mümkünlüyü müzakirə olunur: “Əvvəlki situasiyalardan fərqli olaraq, bu gün heç kim belə görüş üçün heç bir maneə görmür. Tramp, Putin, Zelenski və bizim prezidentimizin görüşünə heç bir maneə yoxdur”, - deyə Fidan deyib.