“Moskva ilə Pekin arasında qarşılıqlı fəaliyyət üçüncü tərəflərə qarşı yönəlməyib”
“Çin və Rusiya arasındakı əməkdaşlıq üçüncü tərəflərin müdaxiləsinə dözmür”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin deyib.
"Çin və Rusiya arasında normal əməkdaşlığa üçüncü tərəflərin müdaxiləsi olmamalıdır", - deyə bildirib.
Çin XİN nümayəndəsinin sözlərinə görə, “Moskva ilə Pekin arasında qarşılıqlı fəaliyyət üçüncü tərəflərə qarşı yönəlməyib”.
Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Pekindən Moskva ilə əməkdaşlığı məhdudlaşdırmağı tələb edib.