“İlin əvvəlindən artıq bir neçə yüksək səviyyəli səfərlər həyata keçirilib”
“Ölkələrimiz və xalqlarımız arasında sıx əlaqələri nəzərə alsaq, Ermənistanla ikitərəfli dialoq çoxşaxəli xarakter daşıyır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri iyulun 9-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Ermənistan rəsmilərinin Rusiyaya səfərlərini şərh edən Zaxarova deyib ki, “ilin əvvəlindən artıq bir neçə yüksək səviyyəli səfərlər həyata keçirilib”.
“Biz əlaqələri və səfərləri artıq razılaşdırıldıqdan sonra elan edirik və onların elan olunmasının mümkünlüyü ilə bağlı qarşılıqlı anlaşma var”, - XİN rəsmisi qeyd edib.