Təbii fəlakət 100-dən çox insanın həyatına son qoyub
ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 109 nəfəri keçib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Texas qubernatoru Qreq Ebbot məlumat verib.
Qubernator əlavə edib ki, 161 nəfər itkin düşüb. Onların arasında beş uşaq və bir yay düşərgəsinin əməkdaşı var.
ABŞ Prezidenti Donald Tramp iyulun 11-də daşqından zərər çəkmiş ştata səfər etmək planlarını açıqlayıb. Daha əvvəl, iyulun 6-da Kerr dairəsində fövqəladə vəziyyət elan edilmişdi.