İŞİD əmiri qətlə yetirilib

Dünya

30.08.2019 - 20:03

Cəsədlər İraq ordusuna göndərilib

 

İraq hökumətinə bağlı çalışan “Haşdi Şabi” təşkilatı İraq Şam İslam Dövlətinə (İŞİD) ağır zərbə vurub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Şiə təriqətinə mənsub dindarlardan təşkil olunan “Haşdi Şabi”, İŞİD-in Bağdad şəhərindəki əmiri Abdussalam Həmmudu qətlə yertirib.

 

Yerli mənbələrdən verilən açıqlamada, Həmmudun qətliamdan əvvəl 6 nəfərlik mühavizəsi ilə ələ keçirildiyi bildirilib. Lakin aparılan araşdırmalardan sonra, ölənlər arasında İŞİD əmirinin olduğu da təyin olunub.

 

Qətlə yetirilən döyüşçülərin cəsədlərinin İraq ordusunun “Birgə Əməliyyat Komandanlığı”na göndərildiyi vurğulansa da, İŞİD əmiri ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

 

Qeyd edək ki, İraqın 2017-ci ilin dekabr ayında İŞİD terrorçularından azad olunması elan edilmişdi. Lakin son günlər İŞİD-in İraqda terror əməliyyatına hazırlaşması barədə məlumatlar yayılmağa başlayıb.

Müəllif: Ayna.az