Hazırda bütün potensial podratçılarla danışıqlar aparılır
Çin və Cənubi Koreya şirkətləri Qazaxıstanda üç istilik elektrik stansiyasının (İES) tikintisini öz üzərinə götürə bilər. Hazırda bütün potensial podratçılarla danışıqlar aparılır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Bakıtjan İlyas Astanada vətəndaşlarla görüşdə deyib.
““Samruk-Enerqo” vasitəsilə üç istilik elektrik stansiyasının tikintisi üzrə danışıqlar aparılır. Həmçinin digər potensial layihəçilər, ekoloji tələblərə və müasir enerji səmərəliliyi standartlarına cavab verəcək enerji obyektlərinin potensial inşaatçıları ilə də danışıqlar aparılır. Bunlar Çin və Koreyanın enerji şirkətləri ola bilər. Bir neçə variant var", - İlyas qeyd edib.