Andrey Sıbiqa: "Ukrayna tək deyil"

Dünya

09.07.2025 - 12:23

cedabet dərman SEO Xidməti

Nazir Vaşinqtondan verilən bəyanatları “düzgün, balanslı, tənqidi və sakit” qəbul etməyə çağırıb

“ABŞ-ın ayrı-ayrı bəyanatları Amerikanın xarici siyasətində əsaslı dəyişikliklərə işarə etmir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa Ukrayna mediasına müsahibəsində deyib.

Nazir Vaşinqtondan verilən bəyanatları “düzgün, balanslı, tənqidi və sakit” qəbul etməyə çağırıb: "Çünki bir bəyanat və ya “X”da yazılan bir post xarici siyasətin əsas istiqamətlərini müəyyən edə bilməz. Amma təbii ki, biz buna diqqət yetirməliyik".

Onun sözlərinə görə, güclü diplomatiya hazırda Ukraynada sülhü yaxınlaşdırmağa qadirdir.

Sıbiqa həmçinin vurğulayıb ki, "Ukrayna tək deyil" və "beynəlxalq arenada həqiqi müttəfiqləri və tərəfdaşları var".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş