Ölkənin hava məkanında fövqəladə vəziyyət elan edilib
İran Küveytə ballistik raketlər atıb və dronlarla hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə Küveytin dövlət xəbər agentliyi KUNA məlumat yayıb.
Ölkənin hava məkanında fövqəladə vəziyyət elan edilib və Küveyt ordusu İranın hücumlarını dəf etmək üçün tədbirlər gördüyünü açıqlayıb.
Qeyd edək ki, bir gün əvvəl İran Küveytə də zərbələr endirərək elektrik stansiyasına və neft emalı zavoduna ziyan vurub.