Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Xəbərlər

20.07.2026 - 12:17

Sənəd qəbulunun vaxtı bilinib

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib.

Qeyd olunub ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər.

Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.

Yerdəyişmə sistemi aktivləşdikdə qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki “Sorğularım” bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş