Metroda qatarların hərəkətində fasilə yaranıb

Xəbərlər

19.08.2019 - 14:01

Bütün xətt boyu 10 dəqiqəlik gecikmə qeydə alınıb

 

Bu gün Bakı metrosunda qatarların intervalında fasilə yaranıb. Bu barədə AYNA-ya "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məluamt verib.

 

Bildirib ki, fasilə "İçərişəhər" stansiyasında qeydə alınıb: "Səhər saatlarında "İçərişəhər" stansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib. Onun qərarına əsasən qatar xətdə saxlanılıb”.

 

“Bu səbəbdən bütün xətt boyu 10 dəqiqəlik gecikmə qeydə alınıb. Hazırda hər iki xətt üzrə interval bərpa olunub və qatarlar normal hərəkətini davam etdirir”, - deyə Məmmədov vurğulayıb.

Müəllif: Ayna.az