5,5 bal gücündə zəlzələ qeydə alınıb
Şimal dənizində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Folklend adalarındakı Stenli şəhərindən 1087 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə olub.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.