"Əvvəllər ABŞ-ın əsas məqsədi İranı müəyyən imkanlar əldə etməkdən çəkindirmək idi"
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı strategiyası ilə bağlı sərt bəyanat verib. O bildirib ki, ABŞ artıq əvvəlki kimi yalnız Tehranın fəaliyyətini məhdudlaşdırmağa çalışmır, daha genişmiqyaslı məqsəd qarşıya qoyub. AYNA.AZ bildirir ki, bu barədə xarici KİV məlumat yayıb.
Trampın sözlərinə görə, əvvəllər ABŞ-ın əsas məqsədi İranı müəyyən imkanlar əldə etməkdən çəkindirmək idi. Lakin hazırda yanaşma tamamilə dəyişib. “Biz artıq sadəcə bunun qarşısını almağa çalışmırıq. Bu məsələyə birdəfəlik son qoyuruq”, – deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun hazırkı siyasəti İranın nüvə raketi hazırlamaq imkanını tamamilə aradan qaldırmağa yönəlib. Tramp əlavə edib ki, hərbi əməliyyatların başlamasından təxminən bir yarım–iki həftə sonra İranın bu istiqamətdəki fəaliyyəti dayandırılıb. Bununla belə, o, bu fikrin qəti təsdiqlənməsi ilə bağlı ehtiyatlı danışıb.