Naxçıvanda avtomobili yanıb

Hadisə

19.07.2026 - 22:35

Xəsarət alan olmayıb: yaxınlıqdakı ağaca ciddi ziyan dəyib

Naxçıvan şəhərində “Geely” markalı minik avtomobili yanıb. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə şəhərin Əliqulu Qəmküsar küçəsində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobil yanaraq kül olub, yaxınlıqdakı ağaca ciddi ziyan dəyib.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və polis əməkdaşları cəlb olunub. Yanğının səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş