Rubio Si Cinpinin səfərə hazırlıqları təsdiqləyib
Prezident Donald Trampın Pekinin ABŞ seçkilərinə müdaxilə etdiyi iddialarına baxmayaraq, Çin lideri Si Cinpinin sentyabr ayında ABŞ-a səfərinə hazırlıqlar davam edir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
"Səfərin sentyabr ayında baş tutacağını gözləyirik", - deyə dövlət katibi vurğulayıb.
Rubio əlavə edib ki, Çin tərəfi səfərə hazırlıq üçün öz mütəxəssislərindən ibarət nümayəndə heyətlərini göndərməyə davam edir.