“Hərbi əməliyyatların dayandırılması və danışıqlara başlanılması ilə bağlı qərarlar dəqiq hesablamalar əsasında qəbul edilməlidir”
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ ilə danışıqlara yalnız hərbi cəbhədə strateji üstünlük əldə etdikdən sonra keçə biləcəyini bəyan edib. AYNA.AZ-ın məlumatına görə, Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, müharibə ya hərbi qələbə, ya da danışıqlar yolu ilə başa çata bilər.
“Danışıqlar üçün ən əlverişli vaxt döyüş meydanında etibarlı üstünlük qazanıldıqdan sonradır. Hərbi əməliyyatların dayandırılması və danışıqlara başlanılması ilə bağlı qərarlar dəqiq hesablamalar əsasında qəbul edilməlidir”, - nazir vurğulayıb.