Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Təsviri sənət istiqamətinin magistratura səviyyəsi üzrə 70 nömrəli proqramı üzrə keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı bakalavrların müraciətlərinə baxılacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd olunub ki, Azərbaycan Rəssamlıq Akademiyasında iyulun 17-də keçirilmiş qabiliyyət imtahanlarının nəticələri ilə əlaqədar Apellyasiya komissiyası iyulun 23-də fəaliyyət göstərəcək. Apellyasiya komissiyası saat 10:00-dan 12:00-dək müraciətləri qəbul edəcək.
Qabiliyyət imtahanlarının nəticələrindən narazı qalan bakalavrlar şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən müraciət edərək ərizə təqdim etməlidirlər.