Peşə məktəblərinə sənəd qəbulu başladı

Xəbərlər

07.08.2019 - 10:46

 

Avqustun 5-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesinə start verilib.

 

AYNA xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

 

Ekspert qeyd edib ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla, müsabiqə yolu ilə həyata keçirilir: “Peşə təhsili müəssisələrinə qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə ərizə qəbulu 5–20 avqust 2019-cu il tarixlərində "ASAN xidmət" mərkəzlərində təşkil ediləcək. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılacaq. 

 

"Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır” - deyə ekspert əlavə edib.

 

Qeyd edək ki, nəticələrin 21 avqust 2019-cu il tarixində elan olunması nəzərdə tutulub.

Müəllif: Ayna.az