Moskvanın və Bütün Rusiyanın patriarxı İlham Əliyeva minnətdarlıq edib

Xəbərlər

23.11.2019 - 16:14

Azərbaycana səfərim zamanı mənə və səfər yoldaşlarıma göstərilən səmimi qəbula görə Sizə ürəkdən təşəkkür edirəm

 

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Respiblikasının Prezidenti İlham Əliyeva təşəkkür məktubu göndərib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu!

 

Azərbaycana səfərim zamanı mənə və səfər yoldaşlarıma göstərilən səmimi qəbula görə Sizə ürəkdən təşəkkür edirəm.

 

Dünya dini liderlərinin II Bakı Zirvə görüşündə iştirak etmək imkanına görə şad oldum. Burada biz Sizinlə və müxtəlif dinlərin nümayəndələri ilə birlikdə müasir dövrün aktual məsələlərini müzakirə edə bildik.

 

Sizinlə və Sizin ailənizlə ünsiyyət məndə ən səmimi hisslər yaratdı. Şadam ki, Sizin şəxsinizdə həssas insan və müdrik siyasətçi ilə görüşdüm, Sizə xas olan güclü mühakimə qabiliyyətinə, ictimai və beynəlxalq problemləri dərindən bildiyinizə bir daha əmin oldum. Sizin çox gözəl ölkənizə səfərim qəlbimdə xoş xatirə kimi qalıb.

 

Sizə məsul dövləti fəaliyyətinizdə möhkəm güc və uğurlar, Azərbaycan sakinlərinə sülh və firavanlıq arzu edirəm”.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə