Kürdən yarım kiloqram narkotik tapılıb

Xəbərlər

28.11.2019 - 10:46

Faktla bağlı araşdırma aparılır

 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

 

AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Xaçmaz kənd sakini Kür Zakirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd bükümdə 9,36 qr narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

 

Davam etdirilən əməliyyat tədbirləri ilə K.Zakirovun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə baxış keçirilən zaman sellofan torbada 440 qr qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az