Samux sakinlərinin nəzərinə

Xəbərlər

28.10.2019 - 10:36

Kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləri aparılacaq


Oktyabrın 28-də səhər saat 10:00-dan təmir işləri başa çatanadək Samux rayonunun 2 yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq.


Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib. 

 

Məlumatda bildirilir ki, Samux rayonu ərazisində yerləşən “Alabaşlı” ölçü qovşağının çıxışında quraşdırılmış kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləri aparılacaq.

Müəllif: Ayna.az