Xameneyi atasının taleyinin təkrarlanmasından narahat olaraq təhlükəsiz bir yerdədir
İranın Ali Rəhbəri Müctəba Xameneyi hətta yüksək vəzifəli məmurlarla belə təmasdan qaçaraq təcrid olunmuş həyat tərzi sürür. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, yalnız seçilmiş şəxslərin Xameneyi ilə ünsiyyət qurmasına icazə verilir.
Əraqçi qeyd edib ki, təyinatından bəri ölkə lideri ilə görüşmək imkanı olmayıb. O iddia edib ki, Xameneyi atasının taleyinin təkrarlanmasından narahat olaraq təhlükəsiz bir yerdədir.
Tehrandakı bir neçə yüksək vəzifəli mənbə əvvəllər Müctəba Xameneyinin hələ ictimaiyyət qarşısına çıxmaq üçün kifayət qədər sağlam olmadığını təsdiqləyib.
Qeyd edək ki, Xameneyi atası ilə vida mərasimindən sonra etdiyi çıxışında ölümünə və ABŞ və İsraillə münaqişədə həlak olanların hamısının qisasını almağa hazır olduğunu bildirib.