Məşhur aktyor dünyasını dəyişib

Mədəniyyət

29.04.2020 - 13:21

O, ağır xəstəlikdən əziyyət çəkirdi

 

“Slumdog Millionaire” və “Jurassic World” bədii filmlərindəki rolları ilə beynəlxalq səviyyədə tanınan Bollivud aktyoru İrrfan Xan 53 yaşında vəfat edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, aktyor Mumbay şəhərindəki xəstəxanada dünyasını dəyişib.

 

2018-ci ildə aktyor “Twitter”dəki hesabında ona endokrin şiş diaqnozu qoyulduğunu, nadir bir xəstəlik olduğunu yazmışdı. Daha sonra London xəstəxanasında müalicə almışdı. Aktyor aylar sonra ağrılarının çoxaldığını bildirmiş və xərçəngin müalicəsi ilə bağlı ictimaiyyətə ünvanlanan maraqlı məktubu ilə yadda qalmışdı.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə