VİDEO"/>

"İsveçdə Rəşid Behbudovu tələbələrə dinlətdim və biabır oldum" - <font color=red> VİDEO</font>

Mədəniyyət

19.07.2019 - 23:16

"Utandım, öldüm, yerə girdim"

 

İsveçdə olan azərbaycanlı aktyor Əlif Cahangirli çəkdiyi video ilə müzakirələrə səbəb olub. AYNA xəbər verir ki, aktyor İsveçdə yaşadığı bir hadisəni danışarkən video çəkib. Videoda İsveç küçələrinin səliqə-səhmanı, məhəllərin gözəlliyi və təmizliyi məsələsinə də toxunan aktyor, İsveç tələbələrinə Rəşid Behbudovu tanıtmaq istəyərkən bir yunan tələbənin sualı ilə utanc hissi yaşadığını bildirib. 

 

Əlif Cahangirli İsveç tələbələrinə Azərbaycan musiqisini tanıtmaq məqsədi ilə Rəşid Behbudovun "Üzüyümün qaşı firuzədəndir" mahnısını dinlədib. Mahnını və ifanı çox bəyənən tələbələr əfsanəvi müğənninin mahnıları paylaşılan "Youtube" profillərini təqib ediblər. Daha sonra bir yunan tələbə Əlif Cahangirlidən Azərbaycan əhalisinin sayını soruşub. Azərbaycanda əhali sayının 10 milyon olduğunu, amma dünyada 50 milyondan çox azərbaycanlı yaşadığını deyən aktyora tələbənin növbəti sualı xəcalət hissi yaşadıb. Tələbə "dünyada 50 milyon azərbaycanlı varsa, Rəşid Behbudovun mahnısına niyə 4 min baxış var?" deyə, sual edib. 

 

AYNA aktyor Əlif Cahangirlinin hadisə ilə bağlı videosunu təqdim edir: 

 

 

 

Müəllif: Ayna.az