Lənkəran Regional Mədəniyyət İdarəsində yoxlamalar aparılır

Mədəniyyət

06.06.2022 - 18:31

Nazirlik: aşkar olunan nöqsanlarla bağlı müvafiq tədbirlər görülməkdədir

Lənkəran Regional Mədəniyyət İdarəsində və onun tabeliyində fəaliyyət göstərən müəssisələrdəki pozuntu halları barədə daxil olmuş müraciətlərin yerində araşdırılması ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən xidməti araşdırma aparılır. AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində Nazirliyin strukturuna daxil olan ve strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyəti yoxlanılaraq aşkar olunan nöqsanlarla bağlı müvafiq tədbirlər görülməkdədir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə