Ekspert Komissiyası tərəfindən baxıldıqdan sonra abidənin hansı heykəltəraş tərəfindən hazırlanacağı məlum olacaq
Ən qısa müddətdə Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə açıq heykəltəraşlıq müsabiqəsi keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, heykəltəraşlar tərəfindən təqdim edilən eskiz-layihələrə Ekspert Komissiyası tərəfindən baxıldıqdan sonra abidənin hansı heykəltəraş tərəfindən hazırlanacağı məlum olacaq.
Qeyd edək ki, noyabrın 30-da Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.