Çingiz Abdullayev sağalıb

Mədəniyyət

17.04.2024 - 17:44

Xalq yazıçısı xəstəxanadan evə buraxılıb

Xalq yazıçısı Çingiz Abdullayev bu gün Mərkəzi Gömrük Hospitalından sağalaraq evə buraxılıb. AYNA bildirir ki, bu barədə Mərkəzi Gömrük Hospitalı məlumat yayıb.

“6 aprel 2024-cü il tarixində səhər saat 3 radələrində səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş Azərbaycanın detektiv yazıçısı nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev sağalaraq bu gün evə yazılıb”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az