Nazir bir sıra görüşlər həyata keçirəcək
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gedir.
Bu barədə AYNA-ya nazirlikdən məlumat verilib.
"Səfər çərçivəsində Türkiyənin Bursa şəhərində 30-31 mart tarixində keçiriləcək Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TURSKOY) növbəti iclasında iştirak, həmçinin bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur", - nazirlikdən vurğulanıb.