Novruz Qartal dəfn olunub

Mədəniyyət

09.01.2022 - 12:34

Əməkdar artist Gəncədə İmamzadə qəbiristanlığında torpağa tapşırılıb

Əməkdar artist Novruz Qartal Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunub. AYNA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

1947-ci ildə anadan olan aktyor, 1967-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb.

Çalışdığı illərdə Novruz Qartal özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan obrazlar yaradıb. O, cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, hospitallarda maraqlı proqramlarla çıxışlar edib, fəxri fərmanlarla təltif edilib.

Novruz Qartal 2013-cü il iyunun 25-də Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az