“Natəvan”dan Natəvanın heykəlinin dağıdılmasına sərt reaksiya: “Cinayətkarlar…”

Mədəniyyət

08.03.2024 - 18:51

Selcan Nəsibli: “Bu, təkcə tarixi şəxsiyyətə qarşı hörmətsizlik deyil”

“Qadınlar Gününüz mübarək. Keçən il Vasif Adıgözəlovun “Natəvan” operasında canlandırmaqdan zövq aldığım nümunəvi tarixi Azərbaycan qadını, hökmdarı, şairəsi haqqında bir anlıq işıq salmaq istərdim”.

AYNA xəbər verir ki, bunu sosial şəbəkədə “Natəvan” operasında eyniadlı obrazı canlandıran aktrisa Selcan Nəsibli paylaşıb. O, Fransada Xurşidbanu Natəvanın heykəlinin dağıdılmasına belə münasibət bildirib:

“Natavan mənim, eləcə də bütün dünya azərbaycanlıları üçün bir növ güc, qadınlıq simvolu və xeyirxahlıq vizyonudur. Bu yaxınlarda Fransanın Evian şəhərində onun heykəli cinayətkarlar tərəfindən dağıdılıb... Mən bunu təkcə Azərbaycanın bir tarixi şəxsiyyətinə qarşı hörmətsizlik və zorakılıq kimi deyil, həm də qadına qarşı təcavüz kimi qiymətləndirirəm. Onu cəsarətli, prinsipial və mehriban bir qadın kimi canlandırmaq böyük zövq idi”.

Müəllif: Ayna.az