Xalq artisti Prezidentin fəxri diplomu ilə təltif edilib
Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
AYNA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Aleksandr Yakovleviç Şarovski Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu diplomla təltif edilib.