Tanınmış tərcüməçi ATV-ni tənqid etdi

Mədəniyyət

19.07.2019 - 20:19

"Elə bil, küçədə tanışı ilə söhbət edir"

 

Tanınmış tərcüməçi, publisist Sevil Gültən ATV-ni tənqid edib. AYNA xəbər verir ki, o, bu barədə fikirlərini özünün "Facebook" hesabında paylaşıb. 

 

"Yaxşısı budur mən televizora baxmayım. Kanallların yerini bilmirəm. Uşaqlar evdə olmasa istədiyim kanala baxa bilmirəm. Bu gün də məcbur olub ATV-yə baxmalı oldum. Televizoru neçə dəfə açdımsa “Həkimsən” verilişi gedirdi. Baş açmıram, bu veriliş neçə saat davam edir? Nə isə. Verilişin adı “Həkimsən” olsa da aparıcı həkim qonağına “Doktor” deyə müraciət etdi. “Doktor” da öz növbəsində “Prosto, xəstə rayondan gəlmişdi” cümləsini işlətdi. (elə bil küçədə tanışı ilə söhbət edir) Hospitalın ünvanı” Ak. Həsən Əliyev küçəsi” yazılıb. Ay dilbilənlər , “akademik” sözünün qısa forması “akad” deyilmi? Görəsən, TV-lərdə redaktor ştatı yoxdur? Bəlkə var, yaxud o ştatı “zəbt etmiş” insanın “redaktəyə” ehtiyacı var?" - deyə, Sevil Gültən iradını bildirib. 

 

Görüntünün olası içeriği: yazı

Müəllif: Ayna.az