Azərbaycana elektrikli avtomobillərin idxalı 38,6 faiz azalıb

İqtisadiyyat

22.06.2025 - 20:16

cedabet dərman SEO Xidməti

Bu il elektromobilin idxalına çəkilən xərc 25,762 milyon ABŞ dolları təşkil edib

Bu ilin yanvar-may aylarında Azərbaycana yalnız elektrik mühərriki ilə işləyən 767 ədəd nəqliyyat vasitəsi (elektriklə işləyən avtomobil) idxal edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd olunub ki, bu sayda elektromobilin idxalına çəkilən xərc 25,762 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 483 ədəd və ya 38,6%, dəyər ifadəsində isə 27,739 milyon ABŞ dolları və ya 51,8% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana 42 786 avtomobil idxal edilib. Bu sayda avtomobilin idxalına çəkilən xərc 789,751 milyon ABŞ dolları təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş