Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb - <font color=red> VİDEO</font>

Mədəniyyət

14.02.2021 - 00:43

Müğənninin evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb

 

Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb. AYNA-nın xəbərinə görə, bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov sosial media hesabında paylaşım edib.

 

O qeyd edib ki, müğənninin Şuşadakı evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb:

 

“Müğənniyə ehtiram əlaməti olaraq Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin  üzvü Tural Zeynalov tərəfindən evinin onlayn bərpası hazırlanıb.

 

Şuşa şəhərində olan 850-dən çox tarix və mədəniyyət abidələrinin layihə-smeta sənədləri hazırlanıb, abidələrə dəymiş zərərlər AMT üzvləri tərəfindən hesablanaraq, dövlət qrumlarına təqdim ediləcək”.

 

Qeyd edək ki, Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov – red.) Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor, SSRİ xalq artisti olub.

Müəllif: Ayna.az