Zənginləşdirilmiş uranın böyük hissəsi ABŞ-ın zərbəsindən əvvəl Fordo zavodundan çıxarılıb
Zənginləşdirilmiş uranın böyük hissəsi ABŞ-ın zərbəsindən əvvəl Fordo zavodundan çıxarılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək vəzifəli iranlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, şəxsi heyətin əksəriyyəti Qum şəhəri yaxınlığında (Tehrandan 150 km cənubda) 80-90 m dərinlikdə yerləşən yeraltı uranın zənginləşdirilməsi zavodundan təxliyə edilib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin “İranda Fordo, Natanz və İsfahan daxil olmaqla üç nüvə obyektinə” uğurlu hücum həyata keçirdiyini bildirib. İran tərəfi zərbələri təsdiqləyib, eyni zamanda, Tehranın nüvə sənayesini inkişaf etdirməyə davam edəcəyini vurğulayıb.