ABŞ İrana qarşı yeni sanksiyalar planlaşdırır

Dünya

08.07.2019 - 09:27

İranın nüvə proqramindan əl çəkməyəcəyi təqdirdə daha sərt sanksiyalarla üzləşəcəyi bəyan edilib

 

"İranın verdiyi qərar ölkəni daha da təcrid etməyə və yeni sanksiyaların tətbiqinə rəvac verir. Onlar nüvə silahı əldə etməklə dünyanı daha da təhlükəyə sürükləyəcək"

 

AYNA xəbər verir ki, bu sözləri ABŞ-ın Dövlət katibi Mayk Pompeo öz "Twitter" hesabında paylaşıb. O, İranın nüvə proqramindan əl çəkməyəcəyi təqdirdə daha sərt sanksiyalarla üzləşəcəyini bəyan edib.

 

Qeyd edək ki, İran höküməti ötən gün uranın saflaşdırılması razılaşmasında bəzi öhdəliklərimizdən imtina etdiyini bəyan etmişdi.

Müəllif: Ayna.az