Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib
Bu gün Filippinin Mindanao adasında 5,2 maqnitudalı zəlzələ olub.
AYNA-nın APA-ya istinadən məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 08.55 radələrində baş verən zəlzələnin ocağı Sultan-Kudrat əyalətindən 7,7 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.