Sürətlə yayılan alov yaşayış yerlərinə sıçrayıb
Türkiyənin Aydın vilayətində meşə yanğını baş verib. AYNA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın Aydının Efeler rayonunda yerləşən əkin sahəsi və kol¬luq ərazidə başlayıb.
Sürətlə yayılan alov yaşayış yerlərinə sıçrayıb. Qabaqlayıcı tədbir olaraq, bölgədəki bir məhəllə tam boşaldılıb. Bölgəyə 5 yanğınsöndürən təyyarə, 9 helikopter və çox sayda xüsusi texnika cəlb olunub.