Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Qarabağ kanalında batan şəxsin meyiti tapılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, iyunun 19-da Qarabağ suvarma kanalının Yevlax rayonu, Tanrıqulular kəndi ərazisindən keçən hissəsində batan vətəndaş - 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.