"Tanrıya 14 məktub" tamaşası təqdim olunub

Mədəniyyət

07.12.2019 - 23:28

Tamaşada baş rolu Anar Səfiyev canlandırıb 

 

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində "Tanrıya 14 məktub" tamaşası oynanılıb. AYNA xəbər verir ki, Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan tamaşaya əməkdar artist Nicat Kazımov quruluş verib.

 

Anar Səfiyevin baş rolunu canlandırdığı tamaşaya Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu və digər aktyorlar rəng qatıb.

 

Səhnə əsərinin qəhrəmanı isə qan xərçəngindən əziyyət çəkən 10 yaşlı Oskardır. Əsər də, ölüm və həyat arasındakı boşluqda qalan qəhrəmanın ömrünün son 10 günündən bəhs edir. 

 

Qeyd edək ki, tamaşın premyerası cari ilin mart ayında baş tutub.

Müəllif: Mərahim Nəsib